Description:
Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi Məmməd Əmin Rəsulzadə həm də görkəmli alim, tarixçi, ədəbiyyatşünas olmuşdur. Təəssüf ki, onun zəngin elmi irsindən
oxucularımız hələ də xəbərsizdirlər.
Bu kitabda M.Ə. Rəsulzadənin üç əsəri toplanmışdır. Bunlardan "Əsrimizin Səyavuşu" Azərbaycan Demokratik Respublikasının tarixinə,həmin dövrün ətraflı təhlilinə həsr edilib. "Çağdaş Azərbaycan tarixi", "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində isə XX
əsrin əvvəllərindən tutmuş 50-ci illərə qədər Azərbaycanın siyasi, iqtisadi, mədəni
vəziyyətindən bəhs edilir.