Description:
Monoqrafiyanın 2-ci cildi erməni terrorizminin insanlığa zidd mahiyyətinin, xüsusilə bariz təzahür olunduğu 1917-1924-cü illər dövrünü əhatə edir. Kitabda ermənilərin 1918-ci ilin martında Bakıda törədilmiş qanlı hadisələrdəki cinayətkar rolu, Zəngəzurda, Qarabağda və Azərbaycanın digər rayonlarında etdikləri vəhşiliklər göstərilir. Daşnakların xaricdəki ağaları ilə beynəlxalq əlaqələri, onların bolşeviklərlə əməkdaşlığı və bunun sayəsində saxtakarlıq və zor gücünə ermənilərin öz ərazilərini əzəli Azərbaycan torpaqları hesabına genişləndirməsi, Azərbaycan Xalq Cümhuriyyətinin zorakılıqla devrilməsində onların iyrənc rolu, 1920-ci ildən sonra Azərbaycanın bolşevik rəhbərliyinin ermənipərəst kursu ifşa olunur.