Description:
Tarixi faktlar təsdiq edir ki, İrəvanı həmişə azərbaycanlılar idarə etmişlər.Xəyal məni hər gün hər qarışına bələd olduğum İrəvana aparır. İndi o yerləri hər gün həsrət dolu kövrəkliklə xatırlayıram. Yuxudan ayılarkən ilk qarşılaşdığım həmişə görməyə adət etdiyim, pəncərəmizdən aydın görünən başı qarlı əzəmətli Ağrı dağı idi. Belə rəvayət edirlər ki, əvvəllər Çuxur – Səd adlanan bu yer Şah İsmayıl Xətainin sərkərdəsi Rəvanqulu xanın şərəfinə İrəvan adlanmışdır.