Description:
Monoqrafiya Azərbaycan folklorşünaslığının çox aktual problemlərindən birinə - qaravəlli janrının poetikasına həsr olunmuşdur. Tədqiqatda qaravəllilərin digər epik janrlar içərisində yeri müəyyənləşdirilmiş, janrın tipoloji xüsusiyyətləri haqqında fikirlər söylənilmiş və onun öz poetik sərhədləri tədqiq olunmuş, qaravəlli janrının təsnifatı aparılmışdır.