Description:
Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş bu dərslik müasir Azərbaycan dili kursunun sintaksisi bölməsini əhatə edir. Burada sintaksis və onun predmeti, sintaktik əlaqələr, söz birləşmələri, sadə və mürəkkəb cümlələr, mürəkkəb sintaktik bütövlər barədə sistemli məlumat verilir.