Description:
Azərbaycan xalqının poetik şifahi xalq yaradıcılığı ənənəvi mədəniyyətin əsas tərkib hissələrindən birini təşkil edir. Şifahi yaradıcılıq ənənələri Azərbaycan söz sənətində daha güclü inkişaf etdiyi üçün türk xalqlarının bu sənət xəzinəsindən bəhrələnməsi həmişə aktuallıq daşımışdır. Bu yaradıcılıq tipologiyası hər şeydən əvvəl folklor janrlarında özünü göstərir.