Description:
Əvvəlki bayatı toplularından fərqli olaraq, yeni bayatı kitabına el arasından, xalq kütlələrindən toplanmış bayatılar daxil edilmişdir. Bu kitab ona görə "Azərbaycan ağız ədəbiyyatında bayatılar" adlanır ki, müəllif bunları el-el, oba-oba gəzib ayrı-ayrı bölgələrdən illərdən bəri seçib ağızdan eşitdiyi byatıları bir yerə toplayıb kitab halında ərsəyə gətirmişdir. Eyni zamanda, kitabda bayatıların qədimiliyini bildirən, mahiyyətini açan geniş elmi müqəddimə yazılmışdır.