Description:
Metaforun icrası və qurulması təbii ki, sözlə bağlıdır. Dildə işlənən sözlər insanların ünsiyyətinə xidmət edir. Sözün insanların ünsiyyətinə xidmət etməsi üçün onların fərqli cümlə
tərkibində işlənməsini müşahidə etmək lazımdır. Ünsiyyət zamanı söz öz denotatına təsir edir
və bu təsirin əsasında həmin sözlə ifadə olunan metafor dayanır. Demək olar ki, kontekstdən
asılı olaraq bütün sözlərin metaforik dəyəri olduğunu müşahidə etmək olar.