Description:
Metafora obyektiv reallığın dərk edilməsi, onun adlandırılması, bədii obrazın yaradılması və mənanın törəməsi üsullarından biridir. Onlar koqnitiv, nominativ, bədii və fikir yaradıcısı funksiyasına malikdir. Metaforik üsulla müxtəlif siniflərə malik obyektlər yaxınlaşır. Xüsusilə poetik metaforlarda məzmunca uzaq olan obyektlər sinfinin yaxınlaşması daha ciddi hiss olunur. Metaforikləşmə zamanı iki obyektlər sinfi və onların əlamətləri iştirak edir. Burada obrazlılığı yaradan isə obyekt və ya subyektin fərdi əlamətlərinin digər varlıqlar sinfinin üzərinə köçürülməsindən ibarətdir, yəni obyektin üzərinə ona aid olmayan başqa keyfiyyət köçürülür və reallıq içərisində qeyri-reallıq yaranır.