Description:
Zəngin tarixi keçmişə malik olan Azərbaycan Dillər Universiteti tədris, еlm, humаnitаr
və beynəlxalq sаhələrdə qazandığı böyük nailiyyətlərilə respublikanın təhsil sistemində
özünəməxsus yer tutmuş, rеspublikаnın аli məktəbləri аrаsındа аpаrıcı təhsil оcаqlаrındаn
birinə çеvrilmişdir.
Universitet yarandığı vaxtdan bu günə qədər burada yüzlərlə professor, müəllim, elmi işçi fəaliyyət göstərmiş və onların Azərbaycan və dünya dilçilik elminin inkişafında mühüm rol oynamış minlərlə əsəri nəşr olunaraq elmi ictimaiyyətin istifadəsinə verilmişdir. Bu əsərləri bir yerə toplayaraq biblioqrafiyasını hazırlamaq nə qədər ağır və çətin olsa da bir o qədər də şərəfli və əhəmiyyətli işdir. Kitabxanamızın əməkdaşları elmi hissə ilə birlikdə bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gələrək fundamental biblioqrafik göstərici hazırlaya bilmişlər. Böyük zəhmət tələb edən göstəricinin tərtibi respublikanın ali məktəbləri arasında ilk təşəbbüs olduğundan qiymətini zaman verəcəkdir. Ancaq bu başdan deyə bilərik ki, əsərə çəkilən zəhmət hədər getməmiş, dilçilik elminin inkişafına mühüm təsir göstərəcək sanballı elmi-köməkçi soraq kitabı meydana çıxmışdır.