Description:
Kitabda Azərbaycanın orta əsr dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin sosial-iqtisadi, siyasi tarixi və mədəniyyəti araşdırılır. Şəhərlərin iqtisadi vəziyyəti, əhalinin sosial tərkibi, feodal cəmiyyətinin quruluşu, Şirvanşahlar sülalələrinin tarixi açıqlanır. Əsər numizmatik, epiqrafık və arxeoloji materiallara əsaslanaraq bir sıra Şərq (ərəb, fars, türk), gürcü, rus, Qərbi Avropa mənbələrinə istinadən yazılmışdır.
Kitab tarixçilər, şərqşünaslar, ali məktəbələrin müəllim və tələbələri, eləcə də Azərbaycanın zəngin tarixi keçmişi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.