Description:
Kitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil edilir. “Sərt güc” konsepsiyasından “yumşaq güc” anlayışına keçidin siyasi və geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri yeni dünya nizamına keçid aspektində analiz edilir. Balanslaşdırılmış siyasətin mahiyyəti güclü dövlət quruculuğu və regional lider statusu arasındakı sıx əlaqə müstəvisində təqdim olunur. Xarici siyasətin transformasiyası Azərbaycanın modernləşməsi kursunun mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir
tarixi mərhələdə “yumşaq güc” siyasətinin formalaşmasının müxtəlif aspektləri araşdırılır. Bu prosesin fonunda xarici siyasətdə müdafiə mövqeyindən hücum strategiyasına keçid mexanizmi tədqiq olunur.
Kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətləri öyrənən tədqiqatçılar, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.