Description:
Yaxın Şərq regionunda uzun müddətdir davam edən ərəbİsrail
münaqişəsi günümüzədək öz ədalətli həllini tapmamışdır. Şübhəsiz ki,
münaqişənin tənzimlənməsi istər regionun, istərsə də beynəlxalq münasibətlərin
inkişafına öz müsbət töhfəsini verə bilər. Bu baxımdan, region ölkələrinin, xüsusilə
də, İsrail və Fələstin Muxtariyyatının həyata keçirdikləri siyasətin, dünyanın aparıcı
dövlətlərinin buna münasibətinin, baş verən proseslərin beynəlxalq münasibətlərə
təsirinin öyrənilməsi zərurət olaraq ortaya çıxır.