Description:
SSRI-nin, dünyada köklü geosiyasi dəyişikliklərin baş
verməsinə səbəb olmuş süqutu keçmiş sovet məkanında hərbi, siyasi və iqtisadi
xarakterli proseslərin cərəyan etməsinə səbəb olmuşdu. Bu sırada separatizmin
durmadan genişlənməsini, etnik və dövlətlərarası münaqişələrin baş verməsinini
xüsusi qeyd etmək lazımdır. Bu gün davam etməkdə olan Ermənistan – Azərbaycan
Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Krım münaqişələri həlli
çətin olan problemlərə çevrilmişdir.