Description:
Dövlətin yaranması ilə din mövzusu aktual məsələlərdən birinə çevrilmişdir.
Dövlət-din arasındakı tənzimlənmələr səlahiyyət, identiklik, dözümlülük və bir sıra
məsələlərlə bağlı gərginliyə səbəb olmuşdur. Müasir dövrdə yəhudi identikliyi
qorunub saxlanılır mı? Yaxud yəhudi kimliyi özünü hansı formada göstərir? kimi
suallar maraq doğurur. İudaizm dini, yəhudi identikliyi, İsrailin yəhudi dövləti olubolmaması, ölkədə təsirli yəhudi dini blokun meydana gəlməsi İsraildə din-dövlət
münasibətlərinə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir.