Description:
Müasir dövrdə İsrail dövlətinin xarici siyasətinin
prioritet istiqamətləri, milli maraqlarının təmin edilməsi və bu istiqamətdə fəaliyyəti
və bu fəaliyyətin həyata keçirilməsi üçün qarşıya qoyulan hədəflərin öyrənilməsi elmi
cəhətdən böyük əhəmiyyət kəsb edir. Geostrateji əhəmiyyətə malik ərazidə yerləşən İsrail dövləti həm ərazi, həm də əhali cəhətdən kiçik ölkə sayılmasına baxmayaraq, iqtisadi və hərbi potensialına görə dünyanın qabaqcıl ölkələri sırasında yer alır.