Description:
ABŞ-da 20-ci əsrin ikinci yarısından meydana çıxmış
“Yalnız İngilis Dili” (English Only) ictimai-siyasi hərəkatı ingilis dilinin uzun illər
boyunca dünya dilləri arasında tutduğu mövqenin daha da gücləndirilməsini hədəfə
almış bir hərəkat hesab olunur. “Yalnız İngilis Dili” (English Only) ictimai-siyasi
hərəkatının tarixinin dəqiq zaman baxımından iki əsr əvvələ söykəndiyi söylənilsə də
bu hərəkatın hədəflədiyi məqsədlər ondan əvvəl də mövcud olmuş və bu
günümüzədək davam etməkdədir. Müasir dünyanın dil mənzərəsini nəzərdən
keçirdikdə bu gün bu prosesin hələ də davam etdiyini açıq-aydın görmək mümkündür.