Description:
Məlum olduğu kimi, ədəbi dilin tələffüz normaları
anlayışı həmin dilin fonetik quruluşunun bütün tərkib hissələrini, o cümlədən
fonemlər (səslər) ilə yanaşı, söz və cümlə vurğusunu, tonları, nitqin melodiyasını,
tempini, fasiləsini, səs diapazonunu, səs registrini və s. prosodik ünsürləri özündə
birləşdirir. Səsli dil, ümumiyyətlə, danışıq aktının əsas xassəsidir və bu xassə nitqin
bütün növlərində, eləcə də nitq proseslərində (dinləmə, danışma, eləcə də oxuma,
yazma zamanı) təzahür edir.