Description:
1960-80-cı illər Azərbaycan nəsri zənginliyi ilə seçilir. Təsadüfi deyil ki, hələ
60-cı illərdən, yarandığı dövrdən ədəbi tənqidin diqqətini çəkmiş, polemikalar
doğurmuş bu ədəbiyyat sonralar yeni-yeni imzalar hesabına daha da əlvanlaşmış,
qaldırdığı problemləri etibarilə dərinləşmiş, bədii üslublar baxımından çeşidli
olmuşdur. İsa Hüseynov, Sabir Əhmədov, Çingiz Hüseynov, Anar, Elçin və s. kimi
adlarla təmsil olunan nəsillə yanaşı, bu nəsr 70-ci illərdə Mövlud Süleymanlı,
Məmməd Oruc, Vaqif Nəsib, Sabir Azəri və başqa imzalar hesabına yeni hüdudlar
almışdır.