Description:
Kitabda müasir psixolinqvistikanın aktual problemlərindən biri – danışıq aktı nəzəriyyəsi ilə bağlı məsələlər araşdırılır, bu prosesdə sintaktik vahidlərin rolu Azərbaycan, rus və ingilis dili materialları əsasında təhlil olunur. Tədqiqat zamanı performativ feillər və onların formal, semantik, praqmatik xüsusiyyətləri, eksplisit performativ söyləmlər, danışıq aktında imperativlərin rolu və siqnifikativ cümlə qrupları kimi aktual problemlər nəzərdən keçirilir. Monoqrafiyadan dilçiliklə maraqlanan elmi işçilər, müəllimlər və magistrlər istifadə edə bilər.