Description:
Azərbaycan ədəbiyyatının, xüsusilə də, klassik ədəbiyyatın dil və üslub səviyyələrinin araşdırılması müasir dövrün gündəmində duran aktual məsələlərdən biridir.Heç şübhəsiz, Azərbaycan dilinin keçmiş olduğu tarixi inkişaf dövrlərinin tədqiq edilməsi, ədəbi-bədii leksikasının öyrənilməsi və s. dilçilik elminin qarşısında duran aktual məsələlərdən biridir. Belə ki, ədəbi-bədii dilimizin lüğət tərkibinin tarixilik baxımından öyrənilməsi sahəsində yalnız bir sıra kiçik həcmli məqalələrin, ayrı-ayrı abidələrin tədqiqinə dair yazılmış kitablardakı yığcam bölmələrin adını çəkə bilərik.