Description:
Məhəmməd ağa Şahtaxtlı mədəniyyət və maarifimizin tarixində, hər şeydən əvvəl, M.F.Axundzadənin əlifba və yazı islahatçılığının layiqli davamçısı, XX əsrin ilk mətbu orqanının naşiri kimi məşhurdur. Amma bəzi təşəbbüslərə baxmayaraq M.Şahtaxtlının həyatı, elmi və maarifçilik fəaliyyəti demək olar ki, son dövrlərə qədər öyrənilməmiş, onun zəngin ədəbi-elmi irsi tam şəkildə işıq üzü görməmişdir.