Description:
Ümumbəşəri dəyərə malik əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradan, romantik dramaturgiyamızın banisi H.Cavidin insana yeni, fərqli münasibəti baxımından onun yaradıcılığı dönə dönə tədqiq olunmaq zərurəti yaradır. H.Cavid dramlarının tədqiq olunmasının vacibliyindən bəhs edən K.Əliyev yazır: “Cavid dramaturgiyası Azərbaycan ədəbiyyatı tarixində spesifik, özünəməxsus, həmişə seçilən ədəbi-estetik mənbədir. Bu dramaturgiya hadisələrin cərəyan etdiyi yerinə və zamanına, dialoq və qarşılaşmaların xarakterinə, obrazların düşüncə və arzularına, habelə neçə-neçə belə xüsusiyyət, əlamət və cəhətlərinə görə təhlil olunmağa layiq bir dramaturgiyadır.