Description:
Ədəbiyyatşünaslıqda bir neçə ədəbi cərəyan və ya
istiqamətlər mövcuddur. Bunlardan biri də romantizm cərəyanıdır. Romantizm
dedikdə ilk olaraq təsəvvürdə hiss və intuisiyanın idrak, rasionalizm üzərində
qələbəsi canlanır. Romantizm XVIII əsrdə Almaniyada yaransa da, tezliklə qonşu
ölkələrin ədəbiyyatına, musiqisinə, rəssamlığına və incəsənətin digər sahələrinə
təsir göstərməyi bacardı.