Description:
Dilin əsas funksiyası ünsiyyətdir. Ona görə də dilin kommunikativ
konsepsiyasının fokus nöqtəsində nitq fəaliyyətinin subyekti kimi insan durur.
İnsan daxili və xarici nitq fəaliyyəti prosesində real gerçəkliyi qavrayır, onu dərk
edir. Kommunikativ qrammatika ənənəvi qrammatikalardan fərqli olaraq,
danışanın nitq vasitələrini seçməsi, həmin vasitələrin köməyi ilə müxtəlif tipli
cümlələri, nəhayət mətni formalaşdırması mövqeyini də əsas götürür