Description:
Müasir dilçilik üçün səs simvolizminin böyük maraq kəsb
etməsindən irəli gəlir. Həm ingilis , həm də Azərbaycan dilində sözləri təşkil edən
səslərin ifadə etdikləri məna ilə əlaqəsi dilçilərin marağına səbəb olur. İşarələr sistemi
olan dilin işarələrinin ifadə etdikləri məna ilə əlaqəsinin təsadüfi xarakter daşıyıbdaşımaması fikri tədqiqatçıları daim maraqlandırıb. Səs simvolizminin bəzi ümumi
xüsusiyyətlərini göstərmək üçün müxtəlif dil sistemlərinə daxil olan ingilis və
Azərbaycan dilləri qarşılıqlı-müqayisəli şəkildə tədqiq olunur. Səs simvolizmi
müxtəlif sistemli dillərin öyrənilməsində və tədrisində mühüm əhəmiyyətə malikdir.