Description:
Müxtəlif quruluşlu və qohum olmayan, analitik və
aqqlütinativ dil ailələrinə mənsub olan fransız və türk dilləri arasında qarşılıqlı
əlaqələrin yaranması, dillərin bir-birinə qarşılıqlı təsiri, fransız dilində mövcud olan
türk mənşəli sözlərin fransız dilinə keçdikdən sonra onlarda baş verən qrafik,
semantik, morfoloji və fonetik uyğunlaşmalar, onların obyekt dilin linqvistik
qanunlarını mənimsənilmə dərəcəsi, əhatə dairəsini genişləndirərək həmin dilin lügət
bazasında ümümişlək söz kimi işlənməsi və ya sıradan çıxması kimi məsələlərin
müqayisə yolu ilə tədqiq edilməsi tədqiqat işinin aktuallığını ön plana çəkir.