Description:
Aşıq poeziyasının və ümumən, aşıq sənətinin ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığı, bu sənətin ümumi məsələləri folklorçuluq, ədəbiyyatşünaslıq baxımından hərtərəfli tədqiq olunsa da dilçilik problemləri mövqeyindən hələ kifayət qədər araşdırılmamışdır. Halbuki, şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasında bir keçid mərhələsi rolu oynayan aşıq poeziyasının klassik nümayəndələrinin yaradıcılığı dilimizin tarixi inkişaf proseslərinin, həm də bir sıra digər problemlərinin öyrənilməsi üçün ən mötəbər mənbələrindən biridir. Klassik aşıq poeziyası həm dildə gedən proseslərin tarixi inkişafı, həm də dilin tipoloji problemləri baxımından son dərəcə zəngin material verir.