Description:
Bəşər cəmiyyəti iki qütbün - qadının və kişinin psixologiyası, düşüncə tərzi, üzləşdiyi problemlər arasında yaranmış gərginlik sahəsində formalaşır və yaşayır. Təbii ki, bütün ictimai - siyasi epoxalarda bəşəriyyəti narahat edən qlobal problemə çevrilən gender məsələsi zamanın ruhuna uyğun olaraq bu və ya digər şəkildə işıqlandırılmışdır. İstər Qərb, istərsə də Şərq ictimai - bədii fikrində qadın obrazları bədii ədəbiyyatda insan konsepsiyası çərçivəsində tədqiq edilərək mühüm sosial problem qismində çözülmüşdür.