Description:
Bir çox dillərdə qrammatik kateqoriya hesab olunan, lakin bəzi dillərdə ümumiyyətlə kateqoriya kimi mövcud olmayan müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası fərqli dillərdə müxtəlif şəkildə özünü büruzə verir. Bu da bir sıra dilçilər və qrammatiklər arasında ziddiyətli fikirlərin, mübahisəli məqamların yaranmasına səbəb olmuşdur. Hətta, bəzi dilçilər bu kateqoriyanı definitvlik adlandıraraq, müəyyənlik və qeyr-müəyyənliyi həm definitivliyin ayrı-ayrı hissələri, həm də bütöv şəklində tədqiq etmişdir.