Description:
Təhsildə ən zəruri məsələlərdən biri də ingilis dilinin tədrisində müasir texnologiyalardan istifadədir. Çünki, artıq texnologiyalar təhsil sahəsində çox geniş şəkildə istifadə olunur. 20-ci əsrdə təhsil texnologiyalarının inkişafı, ingilis dilinin tədrisində də özünün müsbət təsirini göstərdi. Yeni texnologiyaların dil tədrisində tətbiqi qeyri-məhdud imkanlar təklif etsə də, lakin dərsdə təşkilatçılıq və ünsiyyət bacarıqları ilə interaktiv ünsiyyəti gerçəkləşdirən müəllimlərin əvəzolunmaz rolları da unudulmur.