dc.description |
Cəmiyyətdəki problemlər artdıqca, ziddiyyətlər kəskinləşdikcə ədəbiyyatın siyasi-ictimai proseslərə müdaxiləsi də dərinləşir, ən ağrılı və həssas məqamlar ədəbiyyatın mövzusuna çevrilir. Beləliklə, sənətkarların yaradıcılıqlarında təsvir etdikləri obrazlar da yaşayıb-yaratdığı dövrün dinini, əxlaqını, tarixini, siyasi proseslərini, təhsilini və müxtəlif cəhətləri əks etdirir. Cəfər Cabbarlı yaradıcılığını da zəngin edən yaşadığı dövr idi. C.Cabbarlı məhz orijinallığı , yüksək bədii ustalığı, çox şaxəli yaradıcılıq üslubu ilə seçilən sənətkarlardan biridir. Onun əsərləri əks etdirdiyi hadisələrin ictimai fəlsəfi, psixoloji mahiyyətinə, xarakterinə görə milli həyatımızın geniş bir dövrünü əks etdirir. |
en_US |