Description:
Dil ictimai həyatı tam şəkildə əks etdirən işarələr sistemi olub, danışan xalqın milli mədəniyyətini əks etdirir. Hər bir xalqın mədəniyyəti milli və beynəlmiləl ünsürlərin vəhdətindən ibarətdir. Bu səbəbdən də hər hansı xarici dili öyrənmək heç də həmin dilin qrammatik ifadə vasitələrini mənimsəmək deyil, paralel olaraq dil daşıyıcısı olan xalqın milli mədəniyyətindən qaynaqlanan və dildə əks olunan mədəni leksik təbəqə ilə hərtərəfli tanışlıq əsasında mümkündür: dilin qrammatik quruluşu xalqın həyatı, məişəti, adət-ənənələri, psixologiyası, dini, tarixi fonunda öyrənilməlidir.