Description:
İngilisdilli Amerika yəhudi ədəbiyyatının öyrənilməsi müasir Amerika ədəbiyyatının ümuminkişaf dinamikası və daxili bədii-estetik spesifikasının üzə çıxarılması baxımından aktual elmi problemdir. Belə ki, XX əsrin II Dünya müharibəsindən sonrakı dövründə Amerika Birləşmiş Ştatlarının ədəbiyyatı yeni istiqamətdə inkişaf etməyə başladı. Modernləşdirmənin və texniki inkişafın gündəlik həyata güclü təsiri ədəbiyyatda da öz əksini tapdı. Bir sıra yazıçı nəsilləri həyatdan aldıqları təəssüratları ədəbi nəsrdə ifadə etməyə başladılar.