Description:
Alman dili Bavariya dialektinin tədqiqi çağdaş germanistikanın
vacib və aktual məsələlərindəndir. Bu dialekt fonetik, qrammatik və leksik
cəhətdən ədəbi dildən ciddi fərqlənir. Bavariya dialekti fəaliyyət dairəsinin genişliyinə
görə alman dilinin digər dialektlərindən bir sıra xüsusiyyətləri ilə seçilir. Bavariya
dialektini digər dialektlər kimi ədəbi dildən təcrid olunmuş şəkildə tədqiq etmək olmaz.
Alman dilinin dialektlərini tədqiq edən dilçilər Bavariya dialekti ilə bağlı bəzi
məsələlərə aydınlıq gətirsələr də (L.Merkl, W.König, V.M.Jirmunski, H.Egger,
S.Sonderegger, U.Ammon, W.Smidt və b) ədəbi dillə bu dialekt arasındakı fonetik,
qrammatik və leksik fərqlər müasir alman dilçiliyində və dialektologiyasında hələ də
həllini gözləyən məsələlərdəndir.