Description:
Məlumdur ki, bədii ədəbiyyatın ən mühüm vəzifəsi xalqın mənəvi aləmini, düşüncə tərzini və hislərini, milli xarakterinin zənginliyini və xüsusiyyətlərini əks etdirmək, bununla da həmin xalqın inkişafına təsir göstərməkdir. Yaradıcılığın digər növləri kimi bədii ədəbiyyat da xalqın həyatını canlı və əyani şəkildə əks etdirməklə kifayətlənmir, zövq mənbəyinə çevrilir və kamil insanın formalaşdırılması prosesində fəal rol oynayır.