Description:
Oxuculara təqdim olunan bu kitab “Qarabağ folklorunun toplanması,
sistemləşdirilməsi və araşdırılması” adlı layihə əsasında hazırlanan
ikinci topludur. Bu topluda əsas diqqət aran Qarabağın Ağcabədi
və Bərdə rayonlarına yönəldilmişdir. Həmin rayonlardan toplanan
folklor nümunələri bölgənin folklor sarıdan nə qədər zəngin olduğunu
bir daha göstərir. Adı çəkilən rayonlardan Azərbaycanda indiyə qədər
qeydə alınmamış 4 nağıl süjeti, pirlər, ocaqlar, dini şəxsiyyətlər haqqında
onlarla yeni mətn toplanmışdır. Bu mətnlər hesabına nəinki yeni
variantlar, eyni zamanda yeni-yeni personajlar (Soltan bəy, Molla Lətif,
Ağamir dayı və s.) üzə çıxarılmış, bir çox personajlar haqqında təsəvvürlərimiz
dolğunlaşmışdır.