Description:
“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması”
layihəsi çərçivəsində təqdim olunan bu kitaba Laçın,
Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri daxil
edilmişdir. Həmin rayonlara müxtəlif vaxtlarda folklor səfərləri təşkil
edilsə də, bölgə indiyə qədər sistemli toplamaya cəlb olunmamışdır.
Bölgə folklorunun əsas toplayıcılarından biri Əhliman Axundov
olmuş və onun, eləcə də digər toplayıcıların bu rayonlardan topladığı
folklor nümunələri, əsasən, nağılları, Qaçaq Nəbi haqqında rəvayətləri
əhatə etmişdir. Bölgəyə növbəti folklor səfərləri 1988-1990-cı
illərə təsadüf edir.