Description:
Bu cildə daxil edilmiş materialların böyük əksəriyyəti Beyləqan
və İmişli rayonunda məskunlaşmış tərəkəmə camaatından toplanıb.
Bölgədə iki böyük tayfa məskunlaşıb: təhlə və muğanlı. Bu
ərazidəki təhlə camaatı özünü qara təhlə və ya çöl təhlə adlandırır.
Yerli sakinlər təhlənin iyirmi qolu olduğunu söyləyirlər. Həmin qollar
bunlardır: aşıqlı, eyvazalılar, tatalılar, əlnəzərli, binnətli, sərxanlı,
bulutlu, boşçallar, gödəklər, qaralılar, talıbxanlı, şahqulular, canqulular,
əlqulular, əlpənahlı, murtulu, budaqlı. Bu kəndlərin ləhcə
xüsusiyyətləri də bir-birinə yaxınlığı ilə seçilir.