Description:
İlk dəfə oxuculara təqdim olunan "Azərbaycan tərcümə ensiklopediyası"nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunmuşdur.
Ensiklopediya həm Azərbaycan dilində, həm də Azərbaycan dilindən olan tərcümələri ehtiva edir.