Description:
Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə söykənərək bu gün
bütün çətinliklərlə birgə özünün növbəti inkişaf mərhələsini yaşayır. Akif Aşırlının
qələmə aldığı "Azərbaycan mətbuatı tarixi" (1875-1920)" kitabı müasir
jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib.
Sonuncu dəfə "Azərbaycan mətbuatı tarixi" kitabının 1974-cü ildə çap olunması
nəzərə alınsa, müəllifin qarşılaşdığı çətinliklər aydın görünər. Milli mətbu irsimiz
barədə yazılan monoqrafiyalar, dövri mətbuatda çap olunan yazılar və müəllifin
axtarışları hesabına ərsəyə gələn "Azərbaycan mətbuatı tarixi" (1875-1920)" kitabı
problemin həllinə cəhd kimi dəyərləndirilməlidir. Müəllif kitabın qüsurlardan xali
olduğu iddiasında deyil və bu yöndə tədqiqatlarını aparmaq fikrindədir.