Description:
Mövzunun aktuallığı ilk növbədə sosial həyatın oturuşmuş
norma və dəyərlər sistemi, müasir cəmiyyətin qarşısında duran
sosial problemlərin inkişaf xarakteri, dərin sosial-iqtisadi, siyasi
və mənəvi törəmələri ilə şərtlənir. Son dövrlərdə kişi və qadın rollarının
dəyişilməsi o qədər sürətlə baş verir ki, tam olaraq kütlə bu
dəyişikliklərə adaptasiya ola bilmir. Bir çox rolların öhdəsindən
gələ bilməyən kütlə özünü realizə edə bilmir, bu da cəmiyyətdəki
stabilliyə xələl gətirir və eyni zamanda, gender münasibətlərində,
insanların bir-birlərinə olan münasibətlərində əks olunur.