Description:
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin birinci cildinə bu dahi şəxsiyyətin xalqın istəyi və xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda ölkəmizin həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir.