Description:
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin ABŞ prezidenti Bill Klintonun dəvəti ilə ABŞ-a ilk rəsmi səfərinin materialları dərc olunur. Burada Bill Klinton ilə, digər yüksək vəzifəli şəxslərlə görüş və aparılmış danışıqlardan, imzalanmış önəmli dövlətlərarası sazişlərdən, ABŞ Konqresində konqresmen və senatorların böyük qrupu ilə, o cümlədən ayrı-ayrılıqda keçirilmiş görüşlərdə Azərbaycanın milli mənafelərini əks etdirən dərin məzmunlu söhbətlərdən, bir çox şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərdən, ABŞ Konqresinin 1992-ci ilin oktyabrında "Azadlığı müdafiə aktı" na əlavə etdiyi Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişin ləğv olunmasının zəruriliyindən, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Azərbaycan dövlətinin tutduğu qəti mövqedən, məsələnin sülh yolu ilə nizama salınmasında beynəlxalq təşkilatların rol və məsuliyyətinin artmasından, ABŞ-da yaşayan soydaşlarımızla görüş və söhbətlərdən və s. ətraflı bəhs edilir. Kitaba daxil edilmiş materiallar Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfərinin parlaq nəticələrinin iki ölkə arasında münasibətlərdə həqiqətən yeni mərhələ açdığı barədə aydın təsəvvür oyadır.