dc.description |
Zəmanəmizin qüdrətli siyasətçisi və müdrik dövlət xadimi Heydər Əliyevin oxuculara təqdim olunan bu kitabında ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişlənməsindən bəhs olunur. Kitabda prezident H.Əliyevin Türkiyə, Rusiya, Gürcüstan və Yaponiyaya rəsmi səfərləri zamanı və Azərbaycana gələn dövlət və hökümət başçıları ilə apardığı danışıqlar, imzalanmış sənədlər, keçirilmiş çoxsaylı görüşlərin, söhbətlərin materialları dərc olunmuşdur. Bu və ya digər görüşlərdə H.Əliyev dünya ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi zəruriliyini, Azərbaycanın siyasi strategiyasının xalqımızın milli mənafelərinə xidmət etdiyini, iqtisadi siyasətimizin şəffaf olduğunu, dünya iqtisadiyyatına qoşulduğunu bəyan etmişdir. Bütün bu görüşlərdə və danışıqlarda, ümummilli liderimiz Azərbaycanın əsas problemi Dağlıq Qarabağ problemini qaldırır və onun sülh yolu ilə 1996-cı il ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında həll olunmasına yorulmadan çalışırdı. |
en_US |