Description:
Müstəqil dövlətimizin müdrik banisi, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin oxuculara təqdim olunan bu növbəti cildində dahi şəxsiyyətin Azərbaycanın siyasi rəhbərliyə gəlməsinin 30 illiyi ilə əlaqədar (1969-99) sərginin açılışında etdiyi söhbətlər, ölkənin sosial-iqtisadi dirçəliş yolu ilə inamla addımlamasına həsr olunmuş materiallar toplanmışdır. Sərgidə nümayiş etdirilən ekspozisiyadan aydın olur ki, Azərbaycan bu illərdə böyük iqtisadi, siyasi, sosial-mənəvi inkişaf yolu keçmişdir. Heydər Əliyev etdiyi söhbətlərdə də bütün siyasi qüvvələri və partiyaları ölkədə milli həmrəyliyi möhkəmlətmək, ümumxalq mənafeləri naminə vətəndaş birliyini daha da gücləndirmək məqsədilə səyləri birləşdirməyə dəvət etmişdir. Kitabda ölkəmizin rəhbərinin dünyanın görkəmli dövlət başçıları və ictimai xadimləri, beynəlxalq təşkilatların rəhbərləri ilə apardığı danışıqların, keçirdiyi görüşlərin materialları da öz əksini tapmışdır. Burada, eyni zamanda, ulu öndərin ölkədaxili ictimai-siyasi fəaliyyətinə, çoxsaylı xarici səfərlərinə və görüşlərinə dair materiallar da verilmişdir.