Description:
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin oxuculara təqdim olunan 29-cu cildində müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin gücləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan islahatlar, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə dair materiallar verilmişdir. Kitabda prezident Heydər Əliyevin Avstriya respublikasına rəsmi səfəri zamanı bu ölkənin dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimləri, Avstriyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri dərc edilmişdir. Həmçinin bu cilddə Türkiyə prezidenti Əhməd Necdət Sezərlə görüşləri və mühüm sənədlərin imzalanması, Dağlıq Qarabağ probleminə aid prinsipial çıxışları nəşr edilmişdir.
Kitaba daxil edilmiş materiallarda, eyni zamanda görkəmli ədəbiyyat və incəsənət xadimləri,məşhur idmançılar və məşqçilərlə görüşləri və respublikamızın daxili həyatına aid mühüm sənədlər öz əksini tapmışdır.