Description:
Xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin oxuculara
təqdim olunan bu növbəti cildində Nyu-Yorkda BMT-nin himayəsi altında keçirilən minilliyin zirvə görüşündə dərin məzmunlu çıxışı, GUÖAM dövlət başçıları ilə, ABŞ prezidenti Bill Klintonla, keçmiş prezident Corc Buşla, iri şirkətlərin rəhbərləri, nüfuzlu dairələrin nümayəndələri ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar, Amerika – Azərbaycan Ticarət Palatasının «Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi Alyanslar ölkəsidir» mövzusunda təşkil etdiyi beynəlxalq konfransda çıxışı, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri toplanmışdır. Kitabda Heydər Əliyevin ölkəmizdə bir sıra istehsal müəssisələrinin modernləşdirilərək yenidən qurulmasına, şəhid ailə və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış binasının, «Bakı SOS Uşaq kəndi»nin istifadəyə verilməsinə həsr olunmuş mərasimlərdə çıxışları, Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar müşavirədə nitqi, seçkiləri müşahidə etmək üçün Bakıya gəlmiş Avropa Şurası və ATƏT-in Parlament Assambleyalarının, ABŞ, Türkiyə, İran, Rusiyanın nüfuzlu dairələrinin nümayəndələri ilə görüşləri və s. öz əksini tapmışdır. Bu cilddə də dövlətimizin başçısının Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə aid ATƏT, Avropa Şurası rəhbərləri ilə görüşləri, bu münaqişə ilə əlaqədar onun prinsipial mövqeyi öz əksini tapmışdır.