Description:
Müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlət quruculuğunun sürətli inkişafı ilə
bağlı məsələlər, bir sıra yeni istehsal müəssisələrinin açılması, hərbi quruculuq sahəsində
mühüm işlərin görülməsi, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət və
hökumətin qayğısının artırılması, elmin, təhsilin müasir problemlərinə ciddi diqqət yetirilməsi ümummilli lider Heydər Əliyevin bu növbəti cildinin əsas mövzusudur. Kitabda, eyni zamanda, Azərbaycana gələn bir sıra xarici dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilat və şirkətlərin rəhbərləri ilə dövlət başçısının görüşləri, dərin məzmunlu söhbətləri, Rusiya Federasiyası və digər ölkələrin kütləvi informasiya vasitələrinə verdiyi geniş bəyanat və müsahibələri, həmçinin Soçidə MDB-nin üzvü olan ölkələrin dövlət və hökumət nümayəndələri ilə apardığı danışıqlar yer almışdır. Əvvəlki cildlərdə olduğu kimi, bu cilddə də prezident Heydər Əliyevin Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağa aid ATƏT, Avropa Şurası və NATO rəhbərləri ilə görüşləri, bu münaqişə ilə əlaqədar prinsipial mövqeyi öz əksini tapmışdır.