Description:
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının diplomatiya tarixi” seriyasından hazırlanan və iki hissədən ibarət olan bu kitab 1991-2003-cü illərin xarici siyasətini əhatə edir. Tarix üzrə elmlər doktoru, professor Musa Qasımlınm yazdığı monoqrafiyada göstərilən illərdə Azərbaycan diplomatiyasının keçdiyi yol araşdırılmışdır. Müəllif Azərbaycan. Rusiya, Gürcüstan. Türkiyə, ABŞ, Böyük Britaniyanın və digər ölkələrin mötəbər mənbələri. Praqada ATƏT arxivinin, Vyanada BMT və AEBA kitabxanalarının materialları əsasında Azərbaycan diplomatiya tarixinin bu müddət ərzində
keçdiyi yolu işıqlandırmışdır.
Əsərin II hissəsində Azərbaycan Respublikasının Avropa dövlətləri, ABŞ, Asiya, Afrika ölkələri ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətində iqtisadiyyat amilinin rolu və s. məsələlər araşdırılmışdır. Mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gəlirilmişdir.
Kitab diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr və Azərbaycan diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.